AZ | EN


MMU-nun hərbi təhsil müəssisələrinin müəllimləri üçün növbəti treninqlər keçirilib

Image

Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün treninq təşkil olunub.

Proqrama uyğun olaraq keçirilən “Müəllimlərin təkmilləşdirilməsi treninqi”ndə “Aviasiya ingilis dili” və “Dənizçilik ingilis dili” kurslarının növbəti modulları başa çatıb.

Treninq müddətində iştirakçılara tədris prosesinə müasir yanaşmalar, dərslərin səmərəli təşkili, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, eləcə də müəllim-kursant münasibətlərində səmərəli ünsiyyətin qurulması ilə bağlı məlumatlar verilib.

Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.








XƏBƏR ARXİVİ

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi