AZ | EN


MMU-da "Çin dili" kursunun açılış mərasimi keçirilib - VİDEO

Image

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun açılış mərasimi keçirilib.
Mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao, hərbi attaşesi Van Ley və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər iki ölkə arasında əlaqələrin hər keçən gün möhkəmlənməsindən, Çin dilinin hərbi sahədə əlaqələrin inkişafına verəcəyi töhfələrdən bəhs edib, kurs iştirakçılarına uğurlar diləyiblər.
Mərasimin bədii hissəsində qonaqlara Çin milli rəqsi və "Çay sənəti" tamaşası təqdim edilib. Bədii kompozisiyalar mərasim iştirakçılarının marağına səbəb olub.  
Milli Müdafiə Universitetində keçirilən "Çin dili" kursu cari ilin dekabr ayının 30-dək davam edəcək.







XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi