AZ | EN

"İtalyan dili" kursunun buraxılış mərasimi keçirilib

Image

İyulun 26-da Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "İtalyan dili" kursunun buraxılış mərasimi keçirilib.
Əvvəlcə Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edən polkovnik Elnur Ələsgərli Azərbaycan və İtaliya arasında əməkdaşlığın tərkib hissəsi kimi digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Keçirilən kursun əhəmiyyətindən danışan E.Ələsgərli kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Daha sonra İtaliya Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi birinci dərəcəli kapitan Cianfranko Vizzini kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan MMU-nun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız İtaliya Respublikasında keçiriləcək müxtəlif ixtisaslar üzrə kurslarda iştirak edib öz bilik və bacarıqlarını artıracaqlar.
Çıxışlar başa çatdıqdan sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.







XƏBƏR ARXİVİ

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi