AZ | EN

İtaliya Respublikası Silahlı Qüvvələrinin kursantları Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda olublar

Image

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, təşkil olunan “Hərbi Akademiyalar arasında kursant mübadiləsi tədbiri”nin səfər proqramı çərçivəsində adıçəkilən ölkənin kursantları Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda olublar.

İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzininin də iştirak etdiyi görüşdə əvvəlcə Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev qonaqları qəbul edərək, onları institutda görməkdən məmnunluğunu ifadə edib. Günün fəaliyyətlər planı ilə bağlı qonaqlar məlumatlandırıldıqdan sonra, akt zalında hərbi institutun tarixi, təhsil mexanizmi, qarşıda duran məqsədləri və digər zəruri mövzuları əhatə edən brifinq nümayiş olunub. Brifinqin sonunda iştirakçı qonaqları maraqlandıran suallar cavablandırılıb. 



Brifinq başa çatdıqdan sonra italiyalı kursantlar tədris korpuslarında keçirilən dərs prosesi ilə tanış olublar. Onlara dərs prosesinin təşkili mexanizmləri barədə məlumatlar verilib. 

Kursantlar Heydər Əliyev adına Hərbi İnstitutda nahar ediblər. 


Sonda xatirə fotosu çəkdirilib.









XƏBƏR ARXİVİ

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi