AZ | EN


Naxçıvanda xüsusi təyinatlı müəssisələrə qəbulun təşviqinə başlanılıb

Image

Naxçıvan Muxtar Respublikasının şəhər və rayon tam orta məktəblərində təhsil alan IX-XI sinif şagirdlərin hərbi sahədə (xüsusi təyinatlı təhsil müəssisələrində) təhsil almasına təşviq edilməsi məqsədilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində yaradılmış işçi qrup tərəfindən maarifləndirici təbliğat tədbirləri həyata keçirilir.

Bu məqsədlə ilk təşviqedici görüş Culfa rayon məktəbliləri ilə keçirilib. Rayon Mədəniyyət Sarayı və Bənəniyar kənd məktəbində təşkil olunan tədbirlərdə Naxçıvan Hərbi Kollecinin və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun şərtləri, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, maarifləndirici tədbirlər aprelin 24-dək davam etdiriləcək. Aprelin 26-da isə Naxçıvan Hərbi Kollecində şagirdlər üçün “Açıq qapı” gününün təşkil olunması nəzərdə tutulub.









XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi