AZ | EN

Belarusda hərbi təhsil üzrə mütəxəssislərin işçi görüşü keçirilib

Image

Minsk şəhərində Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib.

İki ölkə arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq keçirilən görüşün məqsədi Belarus Respublikasının hərbi təhsil müəssisələrində hərbi mütəxəssislərin hazırlanması məsələlərinin öyrənilməsi və müvafiq sahədə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Belarus Hərbi Akademiyasında olan Azərbaycan Mili Müdafiə Universitetinin nümayəndə heyəti burada elmi nailiyyətlər sərgisi ilə tanış olub. 

Belarusun hərb tarixi və Böyük Vətən Müharibəsi muzeyi ilə tanışlıqdan sonra hər iki ölkə mütəxəssislərinin iştirakı ilə işçi görüş keçirilib, təhsillə bağlı bir sıra məsələlər barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Milli Texniki Universitetinin Hərbi-texniki fakültəsini, həmçinin Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin və Belarus Dövlət Aviasiya Akademiyasının hərbi fakültələrini ziyarət ediblər.

Ziyarət zamanı təhsil müəssisələrinin strukturu, hərbi kadrların hazırlanması üzrə mövcud imkanlar, tədris prosesi və qarşıda duran vəzifələr, eləcə də Azərbaycan hərbçilərinin Belarusda təhsili və hazırlığı mövzularında təşviqedici brifinq təqdim olunub.








XƏBƏR ARXİVİ

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi