AZ | EN

Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bolqarıstan Respublikasına səfər edib

Image

Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Sofiya şəhərində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

Tədbirdən sonra MMU-nun rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Stayko Prokopiev ilə görüşüb.

Görüş zamanı qarşılıqlı brifinqlər təqdim olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində Milli Müdafiə Universitetində aparılan struktur dəyişiklikləri, innovativ və texnoloji yeniliklər nəzərə alınmaqla tədris prosesinin təkmilləşdirilməsi, eləcə də digər inkişaf istiqamətlərinə dair məlumat verilib. 


Tərəflər MMU ilə G.S.Rakovski adına Hərbi Akademiya arasında davamlı və faydalı əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.
Səfər çərçivəsində MMU-nun nümayəndə heyəti Akademiyada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların tədris prosesi, sosial-məişət şəraiti və ümumi hazırlıq səviyyələri ilə maraqlanıb.


Kursantların təklif və fikirlərini dinləyən MMU-nun nümayəndələri onları maraqlandıran sualları cavablandırıb.










XƏBƏR ARXİVİ

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi