AZ | EN

Buraxılışda 250 və daha çox bal toplayanların diqqətinə

Image

Əziz gənclər!

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına unikal bir imkan təqdim olunur. Kursantlar qəbul balı və şəxsi istəkləri əsasında Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiya kimi dünyanın aparıcı ölkələrinin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı əldə edirlər.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına müsabiqədə iştirak etmək imkanı yaradılır.

Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün 26 aprel saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda və Naxçıvan Hərbi Kollecində xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcəkdir. Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcəkdir. Tədbirdə iştirak etmək üçün qeyd olunan linkə (https://docs.google.com/.../1FAIpQLSflmvt.../viewform) daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

Tədbirdə iştirak etmək arzusunda olub lakin, müxtəlif səbəblərdən iştirak edə bilməyən gənclərdən qeydiyyat formunda onlarla əlaqə saxlanılması üçün müvafiq seçimi etmələri tövsiyə olunur.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və admission@mmu.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.
Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!







XƏBƏR ARXİVİ

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi