AZ | EN


Naxçıvan Hərbi Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: Dünənimiz, bu günümüz və sabahımız!” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Hərbi Kollecinin rəisi tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli ordunun formalaşdırılması və ölkənin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, əməkdar artist Nuriyyə Hüseynova və hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı musiqi nömrələri ilə çıxış ediblər.
Sonda fəal iştirak edən qonaqlara təşəkkürnamələr təqdim olunub, xatirə şəkli çəkdirilib.








XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi