AZ | EN


Hərbi İdarəetmə İnstitutunda “Qərargah zabiti kursu”nun buraxılışı mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda 3-cü dövr “Qərargah zabiti kursu”nun buraxılışına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Əməliyyat-taktiki fakültənin rəisi polkovnik Rauf Həşimov açılış nitqi ilə çıxış edərək, kursun fəaliyyəti və tədris prosesi barədə geniş məlumat verib.
Məzunlar adından çıxış edən kurs birincisi kapitan Gündüz Salahov yaradılan şəraitə, eləcə də kursun yüksək səviyyədə təşkili və keçirilməsinə görə minnətdarlıqlarını bildirib, “Qərargah zabiti kursu”nun məzunları adından buraxılış rəmzi olan yaş kötüyünə xatirə emblemini vurub.
Daha sonra Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Elnur Ələsgərli kursu müvəffəqiyyətlə bitirən zabitləri təbrik edib, Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinin təbriklərini çatdırıb. Çıxışında E.Ələsgərli Azərbaycan Ordusunda aparılan islahatlar, o cümlədən “Xidmətboyu təhsil konsepsiyası” barədə ətraflı məlumat verib, təhsil aldıqları kursun onların xidməti vəzifələrinin icrasında oynayacağı mühüm roldan bəhs edib, məzunlara uğurlar arzulayıb.
“Qərargah zabiti kursu”nda tədris aldığı müddətdə tədris və intizamda fərqləndiyinə görə kurs birincisi kapitan G.Salahova İnstitut rektoru tərəfindən sertifikat, fəxri fərman və hədiyyə təqdim edilib. Sonda digər məzunlara sertifikatlar təqdim olunub, xatirə fotoları çəkilib.








XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi