AZ | EN


Hərbi İdarəetmə İnstitutunun yaradılmasının 27-ci ildönümü qeyd olunub

Image

20 fevral 2026-cı il tarixdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda institutun yaradılması münasibətilə mərasim keçirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli müvafiq sərəncamı ilə yaradılmış Silahlı Qüvvələrin Hərbi Akademiyasının hüquqi varisi olan Hərbi İdarəetmə İnstitutu bu gün özünün 27-ci ildönümünu qeyd edir.

Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Respublikası müdafiə nazirinin və Milli Müdafiə Universiteti rektorunun təbrik məktubları şəxsi heyətə çatdırılıb.

Daha sonra çıxış edən Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Elnur Ələsgərli İnstitutun yaranma tarixi, fəaliyyət göstərən kurslar, aparılan islahatlar və tədris prosesi barədə geniş məlumat verib. Göstərilən dəstəyə görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib, professor-müəllim heyətinə və dinləyicilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xatirə fotoları çəkilib.









XƏBƏR ARXİVİ

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi